Ruhani: “Görəsən, cəmiyyətimizdə siyasi atmosfer açılmalıdır, yoxsa ki, əvvəlki kimi qapalı saxlanılmalıdır”

2017-04-24 13:54

GünAzTV: Aprelin 23-də Qəzvinə səfər edən İran prezidenti Həsən Ruhani tərəfdarları qarşısında çıxış edərk qarşıdan gələn prezident seçkilərindən danışıb.

 

Növbəti prezidentliyə namizədliyini irəli sürən Həsən Ruhani deyib ki, builki seçkilər, söz  azadlığının davam etdirilməsi ilə cəmiyyətə hakim kəsilən əvvəlki sərt və qapalı şəraitin qaytarılması arasında bir seçimdir: “Bu gün, kiminsə prezident seçilib-seçilməməsi mövzusu o qədər də əhəmiyyət daşıyan məsələ deyil. Söhbət ondan gedir ki, cəmiyyətimizdə siyasi atmosfer açılmalıdır, yoxsa ki, əvvəlki kimi qapalı şəraitdə saxlanılmalıdır. Görəsən, bu gündən sonra söz və ifadə azadlığına aparan yolu davam etdirmək istəyirik, yoxsa keçmişdəki kimi güclü nəzarət sisteminin universitetlərə və ali təhsil ocaqlarına yenidən qaytarılmasını istəyirik.

 

Hökumətimizin siyasi və mədəni azadlıqların təmin olunması istiqamətində apardığı işlər kifayət deyil. Bu barədə görülən işlər bizi razı etmir. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, həmin sahələrdə bütün işlər hökumətin əlində və ixtiyarında olmayıb. Görəsən, ölkənin siyasi və iqtisadi şəraitində sabitliyin bərqərar olunmasını arzulayırıq, yoxsa ki, bu baxımdan hər gün və hər saat nigaranlıq içində yaşamaq istəyirik. Görəsən biz dünya birliyi ilə yenidən üz-üzə gəlməyi, müharibə təhlükəsinin ölkəni bürüməsini mi, yoxsa beynəlxalq ictimaiyyətlə konstruktiv münasibətlərə üstünlük verməyi arzulayırıq.

 

Ortaya çıxan sual budur ki, görəsən biz ölkənin dünya birliyi tərəfindən mühasirəyə alındığı və sanksiyalara məruz qoyulduğu vaxtlara qayıtmaq istəyirik, yoxsa ki, ölkəmizə qarşı bütün bu məhdudiyyətlərin həmişəlik aradan qaldırılmasını tələb edirik. Bəli, bu günlər, İran xalqının bu barədə qərar verməyinin vaxtı gəlib çatıb və millət özü seçim etməlidir”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri, 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18