Ruhani həm müxalifətə, həm də dünyaya mesaj verdi

Ruhani həm müxalifətə, həm də dünyaya mesaj verdi

GünAz TV: «İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani, dövlət televiziyası vasitəsilə xalqa səslənib. Ruhani, ilk mesajında, hər kəsin prezidenti olduğunu və özünə səs verməyən müxaliflərinə hörmət göstərəcəyini ifadə edib».

 

 

İLK MESAJ MÜXALİFLƏRƏ OLUB

 


Ruhani müxaliflərə səslənərək deyib ki, “seçkilər bitdi və mən bu gün bütün vətəndaşların prezidentiyəm. Müxaliflərimin hökumətimi tənqid etmə haqqı qorunur".

 

 

"DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZİ İNKİŞAF ETDİRMƏK İSTƏYİRİK"

 


 

Ruhani, İranın qarşılıqlı hörmətlə dünyayla əlaqələrini hər zamankindən daha çox inkişaf etdirməyə hazır olduğunu söyləyib:


“Millətimiz dünyayla sülh və dostluq içində yaşamaq istəyir. Lakin hər cür təhdid və alçalmağı da qəbul etməyəcək. Xalqımız seçkilərlə verdiyi bu mesajının, bütün dövlətlər, qonşuları və xüsusilə böyük dünya gücləri tərəfindən doğru bir şəkildə eşidilməsini istəyir”.

 

 

 

 


QONŞU VƏ BÖLGƏ ÖLKƏLƏRƏ SƏSLƏNDİ

 


Ruhani çıxışında region və qonşu ölkələrə də səslənib:


“Seçkilərimiz, region və qonşu ölkələrə, regiondakı təhlükəsizliyin xarici güclərin varlığıyla deyil, demokratiyanın güclənməsi və xalqın səsinə hörmət göstərərək təmin ediləcəyini göstərmiş oldu”.

 

 

Qeyd edək ki, Həsən Ruhani, mayın 19-da keçirilən prezident seçkilərində səslərin 57 faizini qazanaraq ikinci dəfə ölkənin prezidenti seçilib. Seçkilərdə seçicilərin təxminən 73 faizi iştirak edib.

 

 

R.X

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN