Ruhani ilə Makron arasında telefon danışığı olub

Ruhani ilə Makron arasında telefon danışığı olub

GünazTV: Avqustun 31-i axşam saatlarında İran prezidenti Həsən Ruhani ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 

Telefon danışığında hər iki prezident İranla Qərb arasında imzalanmış nüvə sazişinin (“Bərcam”ın) qorunub saxlanılmasına təkid edərək, razılaşmanın icrası ilə bağlı qarşı tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin vacibliyini bir daha dilə gətiriblər.

 

Fransalı həmkarı ilə telefon danışığında nüvə sazişinin qorunub saxlanılması üçün rəsmi Parisin atdığı addımları müsbət dəyərləndirən Ruhani, Avropa ölkələrini təhdid edərək deyib ki, əgər Avropa tərəfi İrana verdiyi iqtisadi vədlərə əməl etməsə, rəsmi Tehran sazişin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını azaltmaq üçün növbəti addımı atacaq.

 

Telefon danışığında Makron İranla Fransa nümayəndələri arasında aparılan müzakirələrdə yaxşı və əlverişli nəticələrin əldə olunduğunu vurğulayaraq, deyib ki, iki ölkənin iqtisadi ekspertlərinin növbəti görüşü yaxın günlərdə Parisdə keçiriləcək. O, həmçinin bölgədə yaşanan çaxnaşmanın aradan qaldırılması istiqamətində, eləcə də Yəməndə yaşanan böhranın həlli üçün Tehranla Parisin birgə əməkdaşlığının əhəmiyyətinə toxunaraq, iki ölkənin bu sahədə bir-biri ilə əməkdaşlıq etməsinin tərəfdarı olduğunu bildirib.

 

İki prezidentin telefon danışığının detalları mediaya açıqlanmayıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN