Ruhani İran kürdlərinə səsləndi: “Biz 100 faiz sizə inanırıq”

2017-10-11 17:37

GünAzTV: Oktyabrın 11-də nazirlər kabinetinin iclasında çıxış edən İran prezidenti Həsən Ruhani İraq Kürdistanında keçirilmiş müstəqillik referendumundan və İran kürdlərindən danışıb.

 

Ruhani bildirib ki, İraq Kürdistanı rəhbərlərinin müstəqillik referendumu keçirməklə buraxdığı siyasi səhv, İran kürdlərinin ayağına yazılmamalı, onlara qarşı etimadsızlığa səbəb olmamalıdır: “Biz 100 faiz sizə (İran kürdlərinə) inanırıq və heç vaxt bir qrup şəxsin İraq Kürdistanında yol verdiyi siyasi səhvi sizin hesabınıza yazmarıq. Çünki siz böyük İran millətinin bir hissəsi olaraq İranın bölgədə ən köklü və ən vəfalı etnik qrupusunuz. Siz həmişə inqilabın və 8 il davam edən İran-İraq savaşı dövründə İran millətinin yanında olubsunuz.

 

Biz, İranda, İraqda, Suriyada və Türkiyədə yaşamasından asılı olmayaraq bütün kürd əhalisini sevir, onların xətrini istəyirik. Elə buna görə də kürdlərə hər hansı bir təzyiq göstərilməsini istəmirik. Hesab edirik ki, əgər İraq Kürdistanının rəsmiləri referendum keçirməklə böyük bir siyasi səhvə yol veriblərsə, onlar buraxdıqları bu səhvə görə cavabdeh olmalı,  bunun bədəlini ödəməlidirlər. Lakin adi kürd əhalisi, bölgədə inkişaf tərəfdarı olan sülhsevər insanlar olaraq hörmət və ehtirama malikdir. Xoşbəxtlikdən, İranın bütün etnik qrupları da bir-biri ilə müttəfiqdir, bütövdür. Onlar həmişə bir-birinin yanındadır. Bu birlik isə gündən-günə artır”. 

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

Səsvermənin nəticələri elan edildikdən az sonra, İranın Kürdistan əyalətinin bir neçə şəhərində yerli kürdlər gecə saatlarında küçələrə çıxaraq şənliyə başlamış, İraq kürdlərinin müstəqillik ideyasına dəstək vermişdilər. Yayılan məlumatlara görə, həmin şənliklərə qatılıb İraq kürdlərinə dəstək verən onlarla yerli kürd hüquq-mühafizə qüvvələri tərəfindən yaxalanmışdı.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25

gun az article

İsfahan əyalətində daha 25 nəfər koronavirusdan vəfat edib

2020-09-25

gun az article

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

2020-09-25

gun az article

İranda koronavirusdan daha 207 nəfər ölüb, 3563 nəfər xəstəliyə yoluxub

2020-09-25

gun az article

Məcid Təxt Rəvançi: "Bayden seçilsə, İrana kompensasiya ödəsə, nüvə öhdəliklərimizi icra edəcəyik"

2020-09-25

gun az article

İranda mülki təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi yaralanıb

2020-09-25

gun az article

İranda dolların məzənnəsi 28 750 tümənə çatıb

2020-09-25

gun az article

Əlirza Təngsiri: "Hazırda xarici ölkələrin 23 gəmisi İranda saxlanılır"

2020-09-25

gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24