Ruhani: “Mənimlə şəkil çəkdirmək istəyən ilkin olaraq sanksiyaları ləğv etməlidir”

Ruhani: “Mənimlə şəkil çəkdirmək istəyən ilkin olaraq sanksiyaları ləğv etməlidir”

GünAz TV: İran prezidenti Həsən Ruhani bildirib ki, onunla şəkil çəkdirmək istəyən ilkin olaraq sanksiyaları ləğv etməlidir.

 

O, problemləri həll etməyə çalışdığını, məqsədinin yalnız “şəkil çəkdirmək olmadığını” deyib.

 

Həsən Ruhaninin bu sözləri Fransa prezidenti Emmanuel Makrona cavabdır. Makron Trampla keçirdiyi mətbuat konfransı zamanı İran və ABŞ prezidentlərinin görüşü üçün şəraitin hazır olduğunu bəyan etmişdi.

 

Tramp da öz növbəsində münasib vəziyyət yarandığı təqdirdə, İran prezidenti ilə görüşməyə hazır olduğunu demişdi.

 

Həsən Ruhani çıxışında Trampla görüşün yalnız sanksiyalar ləğv ediləndən sonra baş tuta biləcəyini vurğulayıb. O, həmçinin bundan sonra iki ölkə münasibətlərində müsbət dəyişiklərin baş verəcəyini qeyd edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN