Ruhani: “Millət, "qazi" və "vəkil" arasından birini seçməlidir”

2017-05-16 10:04

GünAzTV: Mayın 15-də seçki kampaniyası aparmaq üçün Mazandaran əyalətinin mərkəzi Sari şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani tərəfdarları qarşısında çıxış edərək xalqı seçkilərdə düzgün seçim etməyə çağırıb.

 

Öz çıxışında, seçkilərdəki əsas rəqibi İbrahim Rəisini “qazi” adlandıraraq onun qanlı keçmişinə eyham vuran Ruhani deyib ki, bəzi qüvvələr milləti məyus etməyə çalışırlar: “Biz, bir daha geriyə qayıtmayacağıq. Əgər millət, ona qarşı yeni qətnamələrin qəbul olunmasını istəmirsə və əgər onun qarşısında yeni üfüqlərin açılmasını görmək istəyirsə, düzgün seçim etməli, “qazi” və “vəkil” arasından birini seçməlidir. Çünki, qazi hökm verir və onu icra elətdirir, vəkil isə insanların hüququnu müdafiə edir.

 

Bəziləri bizə qarşı şantaj aparır, xalqın dininin guya təhlükəyə düşməsindən dəm vurur, təbliğat aparırlar. Biz isə üzümüzü həmin şəxslərə tutub deyirik ki, dini qoruyub saxlayan hökumət yox, xalqın özüdür. O, öz dinini qoruyub saxlamağı yaxşı bacarır və sizin kimi qəyyuma ehtiyacı yoxdur. Siz, nə xalqın dininin qəyyumusunuz, nə də onların bu dünyadakı vəziyyət və yaşam tərzinin qəyyumu. Təəssüflər olsun ki, bəziləri milləti məyus etməyə və onları seçkilərə qatılmaqdan çəkindirməyə çalışırlar. Mən isə siz millətə bildirirəm ki, azadlıqla bağlı dediklərinizin hamısının gerçəkləşdirilməsi mümkündür. Yetər ki, seçkilərə qatılın və öz səsinizi sandığa salın”.

 

Mayın 8-də Həmədan şəhərinə səfər edən Həsən Ruhani, tərəfdarları qarşısında çıxış edərək İbrahim Rəisini dolayısıyla ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş repressiyalarda günahlandırıb.

 

Ruhani, ölkə əhalisi arasında “cəllad” və “ayətullah Edam” ləqəbləri ilə tanınan İbrahim Rəisinin adını çəkmədən onu dinc müxaliflərin qətlində günahlandırıb: “İran milləti, son 38 ildə  edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”.

 

Xatırladaq ki, İbrahim Rəisi, 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış “Ölüm heyəti”nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt, ölkə prokurorunun müavini vəzifəsində çalışan İbrahim Rəisinin cəmi 28 yaşı olub.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18