Ruhani: “Müzakirə aparmağı dəstəkləyirəm, amma bu gün bunun vaxtı deyil”

Ruhani: “Müzakirə aparmağı dəstəkləyirəm, amma bu gün bunun vaxtı deyil”

GünAz TV: İran prezidenti Həsən Ruhani mayın 20-də bir qrup axund ilə görüşdə etdiyi çıxışda ölkəsinin Amerika ilə mövcud gərginlikləri həll etməsi üçün danışıqlar və diplomatiya üz tutmasının tərəfdarı olduğunu, lakin mövcüd şəraitin müzakirə şəraiti olmadığını deyib.

 

Ruhaninin sözlərinə əsasən, ötən aylar ərzində amerikalı rəsmilər bir neçə dəfə ona “müzakirə təklifi” ediblər. Lakin İran prezidentinin dediklərinə görə, ölkəsi “müqavimət və dözüm” yolunu seçdiyindən, mövcud şəraitdə müzakirə aparmaq niyyətində deyil.

 

Ruhani bundan öncə də bir neçə dəfə amerikalı rəsmilərin danışıqlar aparmaq üçün ona müraciət etdiklərini dilə gətirib.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının prezidenti İranla müzakirələr aparmağa maraqlı olduqlarını deyib. Lakin o, ölkəsinin gərginliklərə səbəb olan son addımlarının bu müzakirələrə zəmin yaratmaq üçün atıldığı ilə bağlı yayılan fikirləri rədd edib.

 

Qeyd etmək lazımdır ki, son həftələr ərzində iki ölkə arasında münasibətlər son dərəcə pisləşib. Amerika may ayının əvvəllərində körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi ilə B-52 bombardımançılarının göndəriləcəyini bəyan etdikdən sonra rəsmi Vaşinqtonun İrana qarşı hərbi varianta əl atdığı ilə bağlı fikirlər yayılmaqdadır. ABŞ rəsmiləri isə bu addımın İran təhdidlərinə qarşı açıq mesaj olduğunu bəyan edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN