Ruhani: “Neftimizi ixrac etmək üçün hələ altı gizli yolumuz var”

Ruhani: “Neftimizi ixrac etmək üçün hələ altı gizli yolumuz var”

GünazTV: İran prezidenti Həsən Ruhani aprelin 30-da Tehranda keçirilən bir tədbirdə çıxış edərək, Amerikanın İran neftinin ixracatına qoyduğu qadağalardan və Tehranın bu məhdudiyyətlərdən yan keçmək üçün imkanlarından danışıb.

 

Ruhani deyib ki, Amerikanın İran neftinin satışını sıfıra endirmək üçün cəhdi baş tutmayacaq və İran müxtəlif yollarla öz neftini ixrac edəcək: “Amerikanın hansısa bir yolu üzümüzə bağlaması mümkündür. Lakin iş bununla bitmir. Bizim neftimizi satmaq üçün qarşımızda digər yollar və istiqamətlər var. Biz, Amerikanın neftimizin ixracatını sıfıra endirməsinə imkan verməyəcəyik. Çünki bizim öz neftimizi ixrac etmək üçün hələ altı gizli yolumuz var. Hansı ki, Amerikanın ondan heç xəbəri də yoxdur.

 

Bizdən neft alan bəzi ölkələr Amerikanın təzyiqi qarşısında geri otururlar. Bu isə Vaşinqtonun təzyiqinin artmasına səbəb olur. Lakin amerikalıların bununla bağlı niyyəti gerçəkləşməyəcək və Amerika qarşıdan gələn aylarda neftimizin satışının davam etdirilməsinin şahidi olacaqlar” –deyə Həsən Ruhani əlavə edib.

 

Qeyd edək ki, Amerikanın İrandan neft alan 8 ölkəyə öz neft ehtiyaclarını təmin etmək üçün alternativ variant axtarıb tapmaq üçün verdiyi 6 aylıq möhlətin vaxtı mayın 2-də başa çatır. Bu günə qədər Amerikanın sanksiyalarından istisna edilən həmin ölkələr, mayın 2-dən sonra İrandan neft alışını davam etdirsələr, Vaşinqtonun ağır sanksiyalarına məruz qalacaqlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN