Ruhani: “Ölkədə elmin islamiləşdirilməsi uğrunda aparılan bütün cəhdlər məğlubiyyətə uğrayıb”

2018-02-26 11:31

GünAzTV: İran prezidenti Həsən Ruhani fevralın 24-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək, orta və ali məktəblərdə müxtəlif fənnlərin islamiləşdirilməsi uğrunda aparılan cəhdlərin nəticəsiz qalmasını etiraf edib.

 

Ruhani bildirib ki, son 40 ildə elmin müxtəlif sahələrinin, o cümlədən də orta və ali təhsil ocaqlarında ayrı-ayrı fənnlərdən ibarət dərsliklərin islamiləşdirilməsinə ayrılan külli miqdarda vəsait hədər gedib, bu yolda aparılan fəaliyyətlər nəticəsiz qalıb: “Hesab edirik ki, elm, elmdir və onu hansısa bir ideologiyaya bağlamaq və onu çərçivəyə salmaq mümkün deyil. Necə ki, elmin sosializm və burjuaziya elmlərinə bölüşdürülməsi uğrunda aparılan səylər də məğlubiyyətə uğradı.

 

Təəssüflər olsun ki, ölkədə bəzi cərəyan və qruplar uzun illər çalışdılar ki, riyaziyyatı, fizikanı, kimiyanı və digər fənnləri islamiləşdirsinlər. Bunun üçün külli miqdarda vəsait və vaxt da  sərf olundu. Lakin sonunda bu cəhdlərin heç biri nəticə vermədi və bu ideya məğlubiyyətə uğradı.  Bu ideyanı təbliğ edən cərəyanlar deyirlər ki, bizim heç bir universitetə və yeni elmlərə ehtiyacımız yoxdur, çünki bütün ehtiyaclarımızı dini hövzələrdən (mollaxanalardan, molla yetşdirən dini mərkəzlərdən) təmin edə bilərik.

 

Başqa bir cərəyan da, bütün elmlərin kökünün islamdan qaynaqlandığını sübut etməyə çalışır və elmin hər bir sahəsini islamla əlaqələndirmək üçün cürbəcür ayə və rəvayətlər uydurmağa çalışırdılar. Lakin bu cəhdlər də nəticəsiz qaldı və bu yolda aparılan bütün səylər məğlubiyyətə uğradı”.

 

Qeyd edək ki, son illər, İranın dini lideri axund Əli Xamneyi müxtəlif çıxışlarında orta və ali təhsil ocaqlarında tədris olunan humanitar elmləri kəskin tənqid edərək, onları Qərb mədəniyyətini və onun düşüncə tərzini ölkədə yaymaqda günahlandırıb. Xamneyi, müxtəlif çıxışlarında həmin elmlərin və dərsliklərin islamiləşdirilməsinə təkid etsə də, bu yolda aparılan bütün cəhdlər istənilən nəticəni verməyib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04