Ruhani: “Sanksiyalar ləğv edilməyincə biz nüvə sazişi ilə bağlı hər hansı bir yeni danışıqlara getməyəcəyik”

Ruhani: “Sanksiyalar ləğv edilməyincə biz nüvə sazişi ilə bağlı hər hansı bir yeni danışıqlara getməyəcəyik”

GünazTV:İran prezidenti Həsən Ruhani sentyabrın 25-də BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında çıxış edərək, Amerikanın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan və nüvə sazişi ilə bağlı yeni danışıqların aparılmasının mümkünsüzlüyündən danışıb.

 

Öz çıxışında Amerikanı “beynəlxalq quldurluqda” günahlandıran Ruhani deyib ki, “İran hökuməti onu yoxsulluq, təzyiq və sanksiyalar silahı ilə təslim olmağa vadar etməyə çalışan düşmənlə danışıqlar aparmayacaq: “Hesab edirik ki, danışıqlara qayıtmağın yeganə yolu, nüvə razılaşmasına və öhdəliklərə qayıtmaqdır. Əgər siz danışıqların yolunun açılmasını istəyirsinizsə, əvvəlcə qoyduğunuz sanksiyaları ləğv edin və onu dayandırın. Maraqlıdır ki, bizi müzakirəyə çağıranlar özləri bağladıqları müqavilədən qaçırlar.

 

Bu gün artıq hamıya sübut olub ki, Amerika sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, Avropa isə öz öhdəliklərini yerinə yetirməkdə  acizdir. Halbuki biz nüvə razılaşması ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalmışıq. İranın səbrinin həddi-hüdudu var. Vəziyyət belə olan halda bizim yeganə yolumuz öz milli qürur, izzət və iqtidarımıza söykənməkdir. Bir daha bildiririk ki, sanksiyalar ləğv edilməyincə biz nüvə sazişi ilə bağlı hər hansı bir yeni danışıqlara getməyəcəyik və nə qədər ki, vəziyyət belədir, bizim müzakirəyə cavabımız “yox” olacaq. –deyə İran prezidenti Həsən Ruhani öz çıxışında bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN