Ruhani: “Sanksiyalar ləğv olunsa, müzakirələr üçün yol açılar”

Ruhani: “Sanksiyalar ləğv olunsa, müzakirələr üçün yol açılar”

GünazTV: İran prezidenti Həsən Ruhani mayın 29-da hpkumət iclasında çıxış edərək, Amerikanın İrana qarşı tətbiq etdiyi sansiyalardan və Tehranla Vaşinqton arasında mümkün danışıqlardan danışıb.

 

Öz çıxışında Amerika rəsmilərini Tehranla Vaşinqton arasındakı münasibətlər barədə ziddiyyətli fikirlər səsləndirdirməkdə günahlandıran Ruhani deyib ki, danışıqlar masasını İran yox, Amerika özü tərk edib: “Əgər Vaşinqton İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etsə, iki ölkə arasında müzakirələr üçün yol açılar. Bizim üçün meyar, söz yox, əməldir. Hesab edirik ki, amerhikalılar İran millətinə zülm etməkdən əl çəkib sanksiyaları ləğv etsələr və öz üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalıb özləri tərk etdikləri danışıqlar masasına qayıtsalar, o zaman müzakirələr üçün də yol açılar. Yol, onların üzünə bağlı deyil” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi

 

Xatırladaq ki, son həftələr İranla Amerika rəsmiləri arasında söz müharibəsi şiddətlənib. İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi bir ay əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN