Ruhani: “Seçkilərdə gənclərin, qadınların, etnik və dini azlıqların səsini eşitdik”

Ruhani: “Seçkilərdə gənclərin, qadınların, etnik və dini azlıqların səsini eşitdik”

GünAzTV: İran prezidenti Həsən Ruhani mayın 21-də hökumət iclasında çıxış edərək prezident seçkilərindən əvvəl seçicilərinə verdiyi vədlərdən danışıb.

 

Ruhani bildirib ki, tərəfdarlarının son prezident seçkilərində yenidən ona səs verməsi, seçicilərin onun  hökumətinin fəaliyyətindən tam razı qalması kimi başa düşülməməlidir: “Bu seçkilərdə xalqın səsi tam eşidildi. Biz bu seçkilərdə, ölkənin daha yaxşı bir gələcəyindən və öz həyatlarının perspektivindən əmin olmaq istəyən gənclərin, ictimai fəaliyyətlərində onlara kişilərlə bərabər fürsət verilməsini tələb edən qızların və qadınların, eləcə də öz övladlarının gələcəyindən nigaran qalan ailələrin səsini eşitdik.

 

Biz, həmçinin bu seçkilərdə ölkədə vətəndaş hüququnun dəqiq şəkildə icra olunnacağından əmin olmaq istəyən bütün etnik və dini azlıqların, eləcə də aldadıcı vədlərin qarşısında dayanaraq töhmət və yalanlardan gileylənən vətəndaşların səsini eşitdik.

 

Bizim xalq, özünün seçdiyi və yenidən səs verdiyi istiqamət və yola inanır. İnsanlar, bizdəm bu istiqamətə və yola davam etməyimizi istəyirlər. Bizim istər bölgədə, istərsə də dünyada müəyyən düşmənlərimiz var. Elə buna görə də hesab edirik ki, bu düşmənlərin qarşısını almaq üçün hamımız əl-ələ verib ölkəni inkişafa və yüksəlişə aparan yolda əlimizdən gələni əsirgəməməliyik”.

 

Xatırladaq ki, Ruhani son dörd ildə, yəni prezidentliyinin ilk dövründə gənclərlə qadınlara, eləcə də ölkənin milli və dini azlıqlarının hüquqlarına riayət olunması ilə bağlı çoxlu vədlər versə də, həmin vədlərin əksəriyyəti yerinə yetirilməyib.

 

Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib.  Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad, İbrahim Rəisi arasında aparılıb.

 

Seçkilərdə Həsən Ruhani səslərin 57 faizini qazanaraq yenidən preziden vəzifəsinə seçilib. O,  sandıqlara salınan 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16 səs toplayaraq seçkilərin qalibi olub.

 

Ruhaninin əsas rəqibi olan İbrahim Rəisi isə15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü yeri tutub.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN