Ruhani Səudiyyə rəsmilərinə səsləndi: “Sizdən yekələri də İran millətinə qarşı bir iş görə bilmədilər”

Ruhani Səudiyyə rəsmilərinə səsləndi: “Sizdən yekələri də İran millətinə qarşı bir iş görə bilmədilər”

GünAzTV: İran prezidenti Həsən Ruhani noyabrın 8-də nazirlər kabinetinin iclasında çıxış edərək Səudiyyə Ərəbistanı hökumətinə qarşı sərt bəyanatlar səsləndirib.

 

Səudiyyə Ərəbistanını Yəmənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmaqda və İŞİD-i gücləndirməkdə günahlandıran Ruhani, İranın dəstəklədiyi şiə-husilərin Ər-Riyada atdığı raketdən sonra Səudiyyə rəsmilərinin Tehrana qarşı səsləndirdiyi bəyanatlarına sərt cavab berib: “Siz Suriya və İraq əhalisi ilə niyə düşmənçilik edirsiniz. Niyə İŞİD-i gücləndirib onu bölgə əhalisinin canına salır, Livanın daxili işlərinə qarışırsınız. Yəmən milləti sizin bu qədər bombardımanıza necə reaksiya verməlidir ki. Deyirsiniz ki, yəmənlilər öz silahlarından istifadə etməsinlər. Yaxşısı budur ki, əvvəlcə siz bombardmanı dayandırın, sonra görün Yəmən milləti sizin bu addımınıza müsbət cavab verər ya yox.

 

Siz, hətta BMT-nin göndərdiyi qida və dava-dərman və digər yardımların da qarşısını alır, onlarınYəmən millətinə çatdırılmasına icazə vermirsiniz. Bəs görəsən sizin bu işiniz məntiqə və islama uyğundur mu. Bilin ki, sizdən yekələri də İran millətinə qarşı bir iş görə bilmədilər. Biz isə sadəcə olaraq regionda sülh və sabitliyin bərqərar olunmasının tərəfdarıyıq”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

Hadisədən az sonra Səudiyyə Ərəbistanının bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən də xarici işlər naziri Adil əl Cübeyr, vəliəhd və müdafiə naziri Məhəmməd Bin Salman və Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü Torki əl Maliki İrana qarşı ayrı-ayrılıqda bəyanatlar səsləndiriblər. Onlar, İranı Yəməndəki şiə-husiləri ballistik raketlərlə silahlandırmaqda, Səudiyyə Krallığına qarşı hərbi təcavüzdə və bununla da Səudiyyə Ərəbistanına qarşı savaş elan etməkdə günahlandırıblar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN