Ruhani yeni hökumətində nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə təqdim edib

Ruhani yeni hökumətində nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə təqdim edib

GünAzTV: İran prezidenti Həsən Ruhani yeni hökumətində nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə göndərib. Siyahı, Ruhaninin parlament üzrə müavini Hüseynəli Əmiri tərəfindən avqustun 8-də İslami Şura Məclisinin (parlamentin) rəyasət heyətinə təqdim edilib.

 

Siyahıda nazir postlarına təklif edilən 18 şəxsdən 17-sinin adı yer alıb. Ali Təhsil Nazirliyinə təklif ediləcək şəxs hələlik bilinmir. Həmçinin Ruhaninin əvvəlki vədlərinə baxmayaraq onun nazir postlarına nəzərdə tutduğu şəxslər arasında heç bir qadının adı yoxdur.

 

İran parlamenti sədrinin müavini Məsud Pezeşkiyan avqustun 8-də jurnalistlərə açıqlamasında bildirib ki, Həsən Ruhaninin parlamentə təqdim ertdiyi siyahıda, Məhəmmədcavad Azəri Cəhromi “Kommunikasiya və İnformasiya Texnologiyaları”, Mahmud Ələvi “ETTELAAT”, Məsud Kərbasiyan “İqtisadiyyat”, Məhəmmədcavad Zərif “Xarici İşlər”, Məhəmməd Bəthayi “Təhsil” və Həsən Qazizadə Haşimi “Səhiyyə” nazirlikləri üçün təklif edilib.

 

Siyahıda həmçinin Əli Rəbii “Əmək və Sosial Refah”, Mahmud Höccəti “Kənd Təsərrüfatı”, Əlirza Avayi “Ədliyyə”, Əmir Hatəmi “Müdafiə”, Abbas Axundi “Yol və Şəhərsalma”, Məhəmməd Şəriətmədari “Sənaye, Mədən və Ticarət”, Abbas Salehi “İslami İrşad və Mədəniyyət”, Əbdülrza Rəhmani Fəzli “Daxili İşlər”, Bijən Namdar Zəngənə “Neft”, Həbibulla Bitərəf “Energetika” və Məsud Sultanifər isə “İdman və Gənclər” nazirlikləri üçün nəzərdə tutulub.

 

 

Bildirilir ki, İran parlamenti Ruhaninin nazir postlarına təklif etdiyi şəxslərin səlahiyyətinə və onlara etimad səsi verib-verməmək işinə gələn həftə baxacaq.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN