Ruhaninin də prezidentliyə namizədliyi qeydiyyata alınıb

Ruhaninin də prezidentliyə namizədliyi qeydiyyata alınıb

GünAzTV: İran prezidenti Həsən Ruhani, aprelin 14-də ölkənin Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.

 

Prezidentliyə namizədliyini rəsmən qeydiyyatdan keçirdikdən sonra jurnalistlərə açıqlama verən Ruhani, İranla Qərb arasında əldə edilən nüvə sazişini hökumətuinin ən böyük nailiyyətlərindən biri olduğunu bəyan edib: “Bu sazişin əldə olunması üçün gecə-gündüz çalışanlar, bu yolu axıra qədər davam etdirməlidirlər. Əgər İran xalqı yenidən mənə etimad göstərsə və məni yenidən qəbul etsə, Allahın köməkliyi ilə ölkənin ağır icraiyyə məsuliyyətini üzərimə götürməyə hazıram”.

 

Həmin gün, qarşıdan gələn seçkilərdə Ruhaninin əsas rəqibi sayılacaq radikal mühafizəkarların (üsulçuların), o cünmlədən də İranın dini liderinin namizədi kimi tanınan axund İbrahim Rəisi də İran Daxili İşlər Nazirliyindən prezidentliyə namizədliyini qeydiyyatdan keçirib. İranda siyasi məhbusların qatili kimi tanınan axund Rəisi, 1988-ci ildə ölkə zindanlarında saxlanılan və əvvəlki fikir və mövqeyindən dönməyən siyasi məhbusların edamını sürətləndirmək üçün, o vaxtkı dini liderin (Ruhullah Xomeyni) əmri ilə yaradılmış məşhur “Ölüm heyəti”nin başçısı idi.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək. 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN