Ruhaninin müavini: “Ölkə narkomanlarının 10 faizini qadınlar təşkil edir”

Ruhaninin müavini: “Ölkə narkomanlarının 10 faizini qadınlar təşkil edir”

GünAzTV: İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi iyunun 6-da jurnalistlərə açıqlamasında ölkədə narkomaniyanın geniş vüsət almasından danışaraq narkoman qadınların sayının gündən-günə artmasından nigaranlığını bəyan edib.

 

İranın Pərdis şəhərinin Qara Daş (Siyahsəng) məntəqəsində narkoman qadınlara yardım göstərilməsi üçün yaradılmış bir mərkəzin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verən Şəhindoxt Mövlaverdi bildirib ki, o ölkənin digər yerlərində də oxşar mərkəzlərin yaradılacağına və narkoman qadınlara pulsuz tibbi yardım göstəriləcəyinə ümidvardır: “Hazırda ölkə narkomanlarının 10 faizini qadınlar təşkil edir. Bu isə bizdə təəssüf hissi doğurur. Biz, qeyri hökumət təşkilatların iştirakı və yardımı ilə belə mərkəzlərin sayının artmasına və narkoman qadınlara pulsuz xidmət göstərilməsinə ümid edirik.

 

Hesab edirik ki, bu mərkəzlər həm də, cəmiyyətimizdə narkomaniyanın yayılmasının qarşısını almaq üçün qabaqlayıcı rol oynayaraq ailə təməllərinin möhkəmləndirilməsində əsas rol oynayan qadınlara yardım göstərə bilər”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN