Rusiya əhalisi sürətlə azalır

Rusiya əhalisi sürətlə azalır

GünAz TV: Rusiya Statistika Komitəsinin yaydığı məlumata görə, Rusiya əhalisinin sayı bu ilin birinci yarısında 17 min nəfər azalıb.

 

Hesabatda həmçinin qeyd olunur ki, bu ilin birinci yarısında doğulanların sayı 821 min nəfərədək azalıb. ötən ilin eyni dövründə isə əhalinin sayında 928,4 min nəfər azalma olub. Ölənlərin sayı 2016-cı ilin yanvar-iyun aylarına qarşı (960,6 min) bu il 940,4 min nəfərədək azalıb.

 

Bütövlükdə ölənlərin sayı doğulanların sayını 1,1 dəfə (bir il əvvəl - 1 dəfə olub), 25 subyektdə isə 1,5-2 dəfə üstələyib. Miqrasiya nəticəsində yaranan artım 2016-cı ilin yanvar-iyun aylarına (141,9 min nəfər) qarşı 102,3 min nəfər təşkil edib.

 

R.X

Açar Sözlər

rusiyaəhalisiazalır

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN