Rusiya FTX İdarəsinə hücum: Ölən və yaralılar var

Rusiya FTX İdarəsinə hücum: Ölən və yaralılar var

GünAz TV: Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayəti üzrə idarəsinə silahlı basqın olub.

 

Naməlum şəxs texniki nəzarət məntəqəsini keçmədən qəbula gələnlərə atəş açıb. FTX-nin bir əməkdaşı və qəbula gəlmiş iki nəfərdən biri həlak olub, digəri yaralanıb.

 

Qəbula gələnlərin MDB ölkələrindən birinin vətəndaşları olduğu bildirilir.

 

Yayılan məlumata görə, silahlı şəxs zərərsizləşdirilib. Onun 1999-ci il təvəllüdlü vilayət sakini olduğu bildirlir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN