Rusiya ilə Amerika İranın Suriyada hərbi mövcudluğuna son vermək barəsində razılığa gəliblər

2019-06-21 12:53

GünAz TV: Ərəbdilli “Əş-Şərq Əl-Əvsat” qəzeti Rusiya ilə Amerika Birləşmiş Ştatlarının İranın Suriyada hərbi mövcudluğuna son verilməsi istiqamətində razılığa gəldiyi barədə məlumat dərc edib.

 

Məlumata əsasən, Dövlət Departamentinin rəhbəri Mayk Pompeo may ayının ortalarında Rusiyaya etdiyi səfər çərçivəsində Vladimir Putin və Serqey Lavrovla keçirdiyi görüşlərdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefreyin də iştirak edib.

 

Görüşlər zamanı Pompeo Rusiya tərəfinə ABŞ-ın Suriyada münaqişəyə və İranın bu ölkədə hərbi mövcudluğuna son vermək kimi müddəaları da əhatə edən 8 maddədən ibarət layihəsini təqdim edib. Layihədə 8 ildir davam edən vətəndaş müharibəsini dayandırmaq, İŞİD kimi terror təşkilatları və Suriyada mövcud olan kütləvi qırğın silahlarını məhv etmək üçün siyasi həll yolları göstərilir.

 

Qəzetin yazdıqlarına əsasən, Rusiya tərəfi bu layihənin bütün müddəaları, eləcə də İranın Suriyada hərbi mövcudluğuna son verilməsi ilə razılaşıb. Razılaşmaya münasibət bildirən Avropa isə Rusiyanın bu layihənin şərtlərinin hamısına əməl edəcəyinə şübhə ilə yanaşırlar. Onlar təkcə İranın Suriyadan çıxarılması deyil, bəndlərdə nəzərdə tutulmuş bütün müddəaların həyata keçirilməsini istəyiblər.

 

Bu layihənin bir daha iyunun 24-də Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun öz rusiyalı həmkarı Nikolay Patruşev ilə İsraildə keçirilməsi planlaşdırılan görüşündə bir daha irəli sürülməsi gözlənilir. Həmin günün səhəri onların öz israilli həmkarları Mayer bin Şabat ilə görüşü də nəzərdə tutulur.

 

Qeyd etmək lazımdır ki, son illər Rusiya ilə İran arasında Suriya məsələsində ixtilaflar nəzərə çarpır. Rusiya İsrailin Suriyada İrana qarşı həyata keçirdiyi hava hücumlarına heç bir reaksiya vermir. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi Moskvanın Tel-Əvivlə İranın Suriyadan çıxarılması ilə bağlı razılığa gəlməsidir. Hətta bu hücumlar zamanı Rusiya Suriyada yerləşdirdiyi S-300 hava hücumundan müdafiə sistemlərini söndürür.

 

Eləcə də, İranla Amerika arasında yaşanan son gərginliklər fonunda Rusiya prezidenti Vladimir Putin tərəflər arasında müharibə yaşanacağı təqdirdə, ölkəsinin bu müharibəyə qarışmayacağını demişdi.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04