Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpası dövrü başa çatıb - Vladimir Putin

Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpası dövrü başa çatıb - Vladimir Putin

GünAz TV: Aprelin 3-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş keçirilib.

 

V.Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçiriblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

 

Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

 

R.T.Ərdoğan  mətbuat konfransında bildirib ki. Rusiya Prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək.

 

V.Putin isə Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlərin aradan götürüldüyünü diqqətə çatdırıb.

 

O bildirib ki, Rusiya təyyarəsinin vurulmasından sonra baş verən böhrandan sonra əlaqələrin bərpası dövrü tam başa çatıb və normal vəziyyətə qayıdıb: “Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta (ərz, pul) ilə həyata keçirilməsi məsələsinə toxunduq”.

 

V.Putin iki ölkə arasında əmtəə dövriyyəsində artım qeydə alındığını bildirib.

 

Prezidentlər Suriyadakı vəziyyəti də müzakirə ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN