Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır

Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır

GünAz TV: Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb. 

 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan”a “Rusiya dəmir yolları” ASC-nin sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib. 

 

Onun sözlərinə görə, “Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq. 

 

“Biz bu məsələ üzərində işlərə başlamışıq. Bu gün bu marşrut multimodal hesab edilir, yəni həm avtomobil, həm də dəmiryol daşımalarını özündə birləşdirir.

Hesab edirik ki, Ermənistan və İran hökumətləri tərəfindən bu layihənin icrası ilə bağlı göstərilən səyləri davam etdirmək lazımdır”, - Mişarin qeyd edib. 

 

Ermənistanda hesab edirlər ki, bu yolun tikintisi Ankara və Bakının Yerevanı təcrid etmək cəhdlərini neytrallaşdıracaq. Türkiyə, Azərbaycan və Gürcüstan ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verib. 

 

Bu hadisə Yerevanda ciddi narahatlıq doğurub.

 

Ermənistan-İran dəmir yolu xətti layihəsinin ümumi dəyəri 3 mlrd. 200 mln. dollardır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN