Rusiya İranın gümanlarının əksinə olaraq İsrail ilə Suriya üzrə işçi qrupu yaradır

Rusiya İranın gümanlarının əksinə olaraq İsrail ilə Suriya üzrə işçi qrupu yaradır

GünAz TV: İran rəsmilərinin gümanlarının əksinə olaraq Rusiya İsrail ilə Suriya üzrə işçi qrupu yaradacağını bildirib.

 

Rusiya ilə İsrail arasında Suriyadan xarici ölkələrin qoşunlarının çıxarılması üzrə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə edilməsi barədə xəbərlər yayıldıqdan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi martın 5-də bildirmişdi ki, “Rusiya İsrailin dedikləri əsasında hərəkət etmir” və “Rusiya ilə İran münasibətləri çox güclü olduğundan, İsrail rəsmilərinin sözləri bu münasibətlərə təsir göstərmir”.

 

Kremlin sözçüsü Dmitriy Peskov isə məsələ ilə bağlı bildirib ki, bu barədə razılıq İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı əldə edilib.

 

Rəsmi Moskva ilə Tel-Əviv arasında əldə edilmiş bu razılıq onu göstərir ki, Rusiya bundan sonra da İsrailin Suriyada “Sepah”a və İrana bağlı yaraqlılara qarşı keçirdiyi əməliyyatlara heç bir reaksiya verməyəcək. Bəzi təhlilçilər bu anlaşmanın İranın Suriyadan çıxarılması üçün əldə edildiyi qənaətindədirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN