Rusiya körfəzdəki gərginlik səbəbindən İrana S-400 sistemləri satmayacaq

Rusiya körfəzdəki gərginlik səbəbindən İrana S-400 sistemləri satmayacaq

GünAz TV: “Bloomberg” agentliyi mayın 29-da Rusiyanın İranın S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı istəyini rədd etdiyi barədə məlumat dərc edib.

 

Agentliyin adlarının açıqlanmasını istəməyən rusiyalı rəsmilərə istinadən verdiyi məlumatda bildirilirdi ki, Rusiya körfəzdə rəsmi Vaşinqtonla Tehran arasında mövcud ziddiyyətlərin kəskinləşməsinə görə, İrana S-400 sistemləri satmayacaq.

 

“Blomberg” məsələ ilə bağlı açıqlama almaq üçün Rusiya və İran Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, buna müvəffəq ola bilməyib.

 

Lakin Kremlin sözçüsü Dmitri Peskov bu gün məsələ ilə bağlı verdiyi açıqlamada İrana S-400 sistemlərinin satılmayacağı ilə bağlı yayılmış məlumatları təkzib edib. O, bu məsələni həssas mövzu adlandırıb və jurnalistləri bunun barəsində danışarkən ehtiyatlı olmağa çağırıb. Sözçü ölkəsinin İrana qeyd edilən sistemləri satıb-satmayacağı ilə bağlı qəti fikir söyləməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN