Rusiya qırıcıları İdlibi bombaladı, ölənlər var

Rusiya qırıcıları İdlibi bombaladı, ölənlər var

GünAz TV: Rusiya hərbi təyyarələri Suriyanın İdlib şəhərinin 18 yaşayış məntəqəsini vurmağa davam edir.

 

Türkiyə mediasının yaydığı məlumata görə, bu barədə məlumatı müxaliflərə aid müşahidə təşkilatları yayıb.

 

Bildirilib ki, Rusiya qırıcılarının səhərdən başlayan bombardmanı nəticəsində 5 nəfər ölüb. 

 

Qeyd edək ki, İdlib həm müxalifət, həm də rejim qüvvələri üçün strateji cəhətdən ən mühüm bölgələrdən biri sayılır. 2018-ci ilin iyulun 17-də keçirilən Soçi danışıqlarından bugünə qədər rejim və dəstəkçilərinin İdlibə  hücumları nəticəsində 1800-dən çox dinc əhali ölüb. 2019-cu ilin yanvarından İdlibdən köçən qaçqınların sayı 1 milyon 942 minə çatıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN