Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır - Şok

2019-09-30 16:47

GünAz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir.

 

Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda fikirlər yazılır.

 

Axar.az xəbər verir ki, rus hərbi ekspert, polkovnik Yuri Knutov mövzu ilə bağlı şərhində çox maraqlı bir detala toxunub.

 

O bildirib ki, ruslar Su-57 qırıcılarının Türkiyəyə satılmasına görə narahat olmamalıdırlar:

“Ümumiyyətlə, başqa ölkələr Rusiyadan aldıqları silahları onun özünə qarşı istifadə edə bilməzlər. Məsələn, əgər Türkiyə Su-57-dən Rusiyaya qarşı istifadə etmək istəsə, sistem dayanacaq və bu cəhd uğursuz olacaq”.

 

Polkovnik vurğulayıb ki, xarici ölkələrə satılan hərbi texnikanın üzərində “E” (Eksport) yazılır:

“Yəni bu silahlar ixracat üçün nəzərdə tutulmuş versiyadır. İxracat versiyası rus ordusunda istifadə ediləndən fərqlənir. Belə deyək, xaricə satılan silahlarda müəyyən dəyişikliklər edilir: Rusiyanın müdafiəsinə təhdid olan detallar ya çıxarılır, ya da dəyişdirilir”.

 

Knutov qeyd edib ki, Amerika Birləşmiş Ştatları da silahların satışında həmin üsuldan istifadə edir:

“Əgər kimsə ABŞ silahlarından onun özünə qarşı istifadə etmək istəsə, sözügedən sistem aktivləşəcək və ABŞ-a heç bir zərər dəyməyəcək”.

 

Qeyd edək ki, Knutovun bu açıqlamasının təkcə qırıcılara deyil, S-400 sistemlərinə də şamil olunduğu düşünülür.

 

Bir qədər əvvəl Türkiyə mediasında Ankaranın aldığı S-400-lərin lazım gəldiyi təqdirdə Rusiyaya qarşı istifadə ediləcəyi haqda fikirlər də səsləndirilmişdi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04