Rusiya və Amerika raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb

Rusiya və Amerika raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb

GünAz TV: Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabr 1987-ci il tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OQMR) ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb.

 

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

 

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı “Twitter”də şərh yazıb: “Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN