Rusiya və Çin: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını dayandırmaqdan çəkinməlidir”

Rusiya və Çin: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını dayandırmaqdan çəkinməlidir”

GünazTV: Rusiya və Çin prezidentləri iyunun 5-də birgə bəyanat yayaraq, İranı nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmağa çağırıblar.

 

Çin prezidenti Şi Cinpingin Moskvaya səfəri və onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra yayılan bəyanatda bildirilir ki, nüvə sazişinin (“Bərcam”) qorunub saxlanılması və İranın həmin razılaşmanın icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalması böyük əhəmiyyət daşıyır: “Biz, Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları pisləyirik. Eyni zamanda, hesab edirik ki, İran İslam Respublikası nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını dayandırmaqdan çəkinməli, razılaşma şərtlərinə sadiq qalmalıdır.

 

Biz həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin öz hesabatlarında İranın sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını təsdiq etməsindən məmnun qaldığımızı bildirir, bunu yüksək qiymətləndiririk” –deyə Rusiya və Çİn prezidentlərinin birgə bəyanatında bildirilir.

 

 

Xatırladaq ki, İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında nüvə sazişi 2015-ci imzalansa da, Amerika 2018-ci ilin may ayında həmin razılaşmadan çıxaraq, İrana qarşı sanksiyaları genişləndirib. Son vaxtlar isə rəsmi Tehran Avropanı sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitməkdə günahlandıraraq, razılaşma şərtlərinin icrasını dayandıracağı barədə bəyanatlar səsləndirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN