
GünAz TV: Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Yaralananlardan 15-nə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər təyyarənin pilotlarıdır.
Yerli media orqanlarının məlumatına əsasən, Nijneanqarskdan Ulan-Udeyə uçan təyyarə havada olarkən mühərriklərdən birində nasazlıq yaranıb. Pilotlar qəza enişi edərkən isə təyyarə uçuş zolağından kənara çıxıb, təmizləyici qurğuların binasına çırpılıb.
Ə.A