S-400 komplekslərinin Türkiyəyə gətirilməsinə başlanılıb

S-400 komplekslərinin Türkiyəyə gətirilməsinə başlanılıb

GünAz TV: S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb.

 

"Trend"in yaydığı məlumatda qeyd olunur ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

 

Nazir bildirib ki, kompleksin hissələri Ankaraya çatdırılacaq.

 

Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN