Saad Hariri: “İran, “Hizbullah”ın əli ilə Livanda sabitliyi pozur”

Saad Hariri: “İran, “Hizbullah”ın əli ilə Livanda sabitliyi pozur”

GünAzTV: Livanın baş naziri Saad Hariri noyabrın 27-də Səudiyyə Ərəbistanının “əl-Rəcol” qəzatinə müsahibəsində İranın ölkəsinin daxili işlərinə qarışmasından, “Hizbullah” vasitəsilə bu ölkədə nüfuzunu gücləndirməsindən və həmin qruplaşmanın əli ilə Livanda öz niyyətlərini həyata keçirməyə cəhdindən danışıb.

 

Hariri bildirib ki, İran İslam Respublikası Livanda hazırkı siyasi sabitliyi pozmaq üçün “Hizbullah”ın əli ilə yeni bir oyuna başlayıb: “İran, bölgədə “Hizbullah”dan özünün vuran qolu kimi istifadə edərək açıq-aşkar Livanın və digər ölkələrin daxili işlərinə qarışır. “Hizbullah”ın ölkəni idarə etməyə gücü yoxdur. Onun gücü, sadəcə olaraq İranın ona verdiyi silahlardadır.

 

Hesab edirik ki, “Hizbullah” regionda yaşanan problemlərlə bağlı bitərəf qalmalı, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməlidir. Aydın məsələdir ki, “Hizbullah”ın region işlərinə qarışmasının arxasında İran dayanır. Bu isə qəbuledilməzdir”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN