Sadiq Laricani Çinin uyğur müsəlmanlarını qətlə yetirməsinə dəstək nümayiş etdirib- FOTO

Sadiq Laricani Çinin uyğur müsəlmanlarını qətlə yetirməsinə dəstək nümayiş etdirib- FOTO

GünAz TV: İranın Ali Məsləhət Şurasının rəhbəri Sadiq Laricani Amerikanın Çini uyğur müsəlmanlarına qarşı yürütdüyü qeyri-insani və repressiv siyasətinə görə qınamağını  “Çinin daxili işlərinə qarışmaq” kimi dəyərləndirib.

 

Sadiq Laricani Çinin komunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi Song Tao ilə görüşündə Amerikanın rəsmi Pekindən müsəlman uyğur türklərinə qarşı həyata keçirdiyi repressiyaları dayandırmağı tələb etməyini “özünəməxsus” şəkildə dəyərləndirib. O iddia edib ki, Amerika “insan haqları adı ilə öz dəyərlərini dünyada yaymağa çalışır”.

 

Xatırladaq ki, Çin bir neçə ildir uyğun türklərinə qarşı müsəlman olduqlarına görə repressiyalar həyata keçirir. Çin hökuməti müsəlman uyğurların ibadət etməsinə, ramazan ayında oruc tutmasına əngəl törətməklə yanaşı, həm də onları məcburi formada düşərgələrə salıb, burada fiziki və psixoloji işgəncələrə məruz qoyur. Məsələn Sintszyanda 3 ay düşərgədə qalmış Mehrigül Tursun 2018-ci ilin dekabr ayında ABŞ Konqresindəki toplantıda başına gələnləri danışdı. Tursun Misirə təhsil almağa gedib və orada ailə qurub. 2015-ci ildə o, yaxınlarına baş çəkmək üçün Çinə qayıtmaq qərarına gəlir. Çinə çatan kimi onu həbs edirlər və uşaqlarından ayırıb düşərgəyə aparırlar. Övladlarından biri sonradan ölür. 2017-ci ilin yayında onu düşərgədən buraxırlar və geri qayıtmaq şərti ilə Misirə getməsinə icazə verirlər. Tursun Misirdə ABŞ diplomatları ilə əlaqə yaradır və onların köməyi ilə bu ölkəyə yola düşür. “Məni yer altındakı pəncərəsiz, hər tərəfində videokamera olan bir otağa saldılar, orada təxminən 60 qadın var idi. Gecələr 15 nəfər ayaq üstdə dururdu ki, digərləri uzanıb yata bilsinlər. Hər 2 saatdan bir yerimizi dəyişirdik. Su və çox az düyüdən ibarət səhər yeməyindən əvvəl biz Kommunist Partiyasını vəsf edən mahnılar oxumalı idik. Onlar bizi naməlum həblər və ağ rəngli maye içməyə məcbur edirdilər. Həblər nəticəsində huşumuzu itirirdik, ağ mayedən sonra isə bəzi qadınların menstruasiyası dayanırdı, bəzilərində qanaxma başlayırdı. Ölənlər olurdu. Məni hündür stul olan xüsusi otağa apardılar və əllərimi-ayaqlarımı bağlayaraq elektrik buraxdılar. Sonuncu dəfə o qədər döydülər ki, məni öldürmələri üçün onlara yalvardım.” Bundan əlavə, həmin düşərgələrdə qadınların hicab taxması qadağandır.

 

Çinin uyğurlara qarşı həyata keçirdiyi repressiya

 

Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, Çinin insanlığa sığmayan bu addımlarını pisləyir, bütün dünya ictimaiyyətinin diqqətini bu irqi və dini ayrı-seçkiliyə yönəltməklə, rəsmi Pekindən uyğurlara qarşı qətliamı və repressiyaları dərhal dayandırmağı tələb edir.

 

İran hər zaman Yəmən, Bəhreyn, Suriya və Fələstin kimi dövlətlərdə onun geostrateji maraqlarına xidmət edən qruplaşmaların üzvlərinin öldürülməsini “insan haqlarının pozulması” kimi təqdim edir. Lakin Çin İranın ən böyük siyasi və ticari tərəfdaşı, eləcə də neftinin müştərisi olduğundan, rəsmi Tehran bu ölkənin müsəlman uyğurlara qarşı törətdiyi repressiyalara və qətliamlara nəinki qarşı çıxmır, əksinə ona dəstək verir. Digər bir fakt isə uyğurların türk olmasıdır. İran da öz daxilində türklərə qarşı repressiyalar həyata keçidiyinə görə, Çinin müsəlman türkləri qətliam etməsini öz maraqlarına uyğun hesab edir. Bu, bir daha İranın iddia etdiyi kimi müsəlmanların “maraqlarını xidmət edən” ölkə deyil, din adı altında terror təşkilatlarından yararlanmaqla, müxtəlif ölkələri işğal etmək istəyən ölkə olduğunu isbata yetirir.

 

Sadiq Laricani görüş zamanı həmçinin “Amerikanın bununla Çində yaşayan milli azlıqları qızışdırmaq istədiyini” deyib.

 

Çinin qətlə yetirdiyi uyğur türkləri

 

O, həmçinin Song Taodan Çinin sosial şəbəkələri idarəetmə və “insan haqları” sahələrindəki təcrübələrini İranla bölüşməsini istəyib.

 

Laricani sonda çinli rəsmiyə “dini lider” Əli Xamneyinin müşaviri Qulaməli Hüdad Adilin başçılığıyla iki ölkə arasında “İran-İslam mədəniyyəti” sahəsində əməkdaşlıq qurmaq təklif edib.

 

Song Tao da Laricaninin Çinə dəstək göstərməsini yüksək dəyərləndirib və Amerika əleyhinə fikirlər səsləndirib.

 

Cari ilin uyul ayının 11-də BMT-yə üzv ölkələrdən 22-si mətbub göndərərək, Çindən uyğun müsəlmanlarına qarşı həyata keçidiyi repressiyanı dərhal dayandırmağı və düşərgələrdə saxladığı insanları dərhal azad etməyi tələb edib.

 

Human Rights Watch təşkilatı isə may ayında Çin rəsmilərinin xüsusi casusluq proqramlarından istifadə etməklə, müsəlman əhalini izləməsini tənqid edən bəyanat yaymış və bu kimi addımların dərhal dayandırılmasını tələb etmişdi.

 

İyun ayının əvvəllərində Amerikanın dini azadlıqlar üzrə səfiri Sam Brownback isə müsəlman ölkələrinin Çinin uyğur türklərinə qarşı yürütdüyü repressiv siyasət qarşısında səssiz qalmağını kəskin tənqid etmişdi. O əlavə etmişdi ki, müsəlman liderlərin bu məsələ qarşısında səssizliyi başa düşüləndir, çünki onların öz ölkələrində də insan haqları çox acınacaqlı vəziyyətdədir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN