Sadiq Zibakəlam: “Kaş koronavirusu görə də Amerikanı günahlandıra biləydik”- FOTO

Sadiq Zibakəlam: “Kaş koronavirusu görə də Amerikanı günahlandıra biləydik”- FOTO

GünAz TV: GünAz TV: Tehran Universitetinin siyasi elmlər kafedrasının dosenti və analitik Sadiq Zibakəlam “Twitter” səhifəsində İran rejimini ələ salan status yazıb.

 

“Heyf, 100 dəfə heyf ki, koronanvirusu heç cür nə Amerika, nə də onun İrana qarşı məkrli planı ilə bağlamaq olmur. Kaş radikalların xalqın seçkilərdə iştirakdan imtina etməsi də daxil olmaqla, ölkənin bir çox problemlərini Amerika ilə əlaqələndirmələri kimi, bu xəstəliyi də Amerikanın ayağına yazmaq mümkün olaydı”, - deyə Sadiq Zibakəlam yazıb.

 

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi uzun müddət gizlətdikdən sonra fevralın 19-da Qumda iki vətəndaşın koronavirusdan öldüyü barədə məlumat yayılmışdı. Son rəsmi xəbərlərə görə, artıq ölənlərin sayı 12 nəfərə çatıb.

 

Bununla belə, İran parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani isə hökuməti yalan məlumat yaymaqda ittiham edərək, təkcə Qumda sözügedən virusdan bu günə qədər 50 nəfərin dünyasını dəyişdiyini deyib.

 

 

Sadiq Zibakəlam yazdığı digər statusda isə xalqın fevralın 21-də keçirilmiş Parlament seçkilərində çox zəif iştirak etdiyini deyib. O bir çox şəhərlərdə əhalinin 70%-nin, böyük şəhərlərdə isə 80%-dən çoxunun səs verməkdən imtina etdiyini deyib. Professor belə olduğu halda, xalqın çox az hissəsinin iştirak etdiyi seçkilərdə milli vəkili seçilənlərin sevincinin anlaşılmaz olduğunu bildirib.

 

İran rejiminin Bəşər Əsədə dəstək verməsini daim tənqid edən Sadiq Zibakəlam digər “Twitter” statusunda isə hazırda İdlibdə yaşanan gərginliklərə diqqət çəkib.

 

“Bu da var ki, İdlib bölgəsinin əhalisi Suriya ordusunu qarşılamaq əvəzinə, Türkiyə tərəfə qaçırlar və bu ölkədə salınmış, minimum şəraiti belə olmayan qaçqın düşərgələrinə pənah aparırlar. Bu əsnada da neçə uşaq soyuqdan ölüb. Maraqlıdır ki, İranın media orqanları bu barədə heç bir məlumat yazmırlar”, - deyə o, fikrini tamamlayıb.

 

 

Sadiq Zibakəlam Türkiyədə qaçqın düşərgələrinin ağır vəziyyətdə olduğunu iddia etsə də, lakin reallıq bunun tam əksinədir. Türkiyə hökuməti Suriyadan gələn qaçqınlar üçün düşərgədə lazım olan bütün şəraiti yaradıb.

 

Xatırladaq ki, son həftələr ərzində Rusiya, Suriya və İrana bağlı yaraqlıların hərbi birləşmələri İdlibi ağır bombardman edirlər. Bölgənin əhalisi isə öz evlərini tərk edərək, canlarını qurtarmaq və daha yaxşı həyat üçün Türkiyə istiqamətinə üz tutublar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN