Salehi: “Avropanın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xoşagəlməz nəticələri olacaq”

Salehi: “Avropanın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xoşagəlməz nəticələri olacaq”

GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi noyabrın 26-da İranla Avropa arasında 3-cü nüvə əməkdaşlığı seminarına qatıldıqdan sonra Avropa Birliyinin enerji və iqlim dəyişikliyi üzrə komissarı Miguel Arias Canete ilə birgə jurnalistlər qarşısına çıxaraq, nüvə sazişinin icrasının ləngidilməsindən gileylənib.

 

Salehi, Avropa Birliyinə xəbərdarlıq edərək bildirib ki, rəsmi Tehran, nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsə, indiki vəziyyət çox davam etməyəcək: “Hesab edirik ki, Avropa Birliyinin İranın nüvə sazişinin iqtisadi mənafeyindən bəhrələnməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin xəşagəlməz nəticələri olacaq. Düşünürük ki, sözdən artıq əmələ keçmək lazımdır. Çünki hazırkı vəziyyətin nə vaxta qədər davam edəcəyi haqda proqnoz vermək çətindir.

 

Avropa Birliyi nüvə sazişini qoruyub saxlamaq üçün bu günə qədər çox çalışıb və bu barədə şəffaf mövqe də sərgiləyib. Avropalılar həm də bildiriblər ki, nüvə sazişinin qorunub saxlanılması Avropanın təhlükəsizliyi üçün böyük önəm daşıyır. Ümid edirik ki, biz və Avropa Birliyi, Rusiya və Çinlə birlikdə bu sazişi qoruyub saxlaya biləcəyik. Bu, elə bir savaşdır ki, bundan mütləq qalib çıxmalıyıq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN