Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

GünAz TV: İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda keçirilən konfransda ölkəsi ilə Azərbaycan arasında əlaqələrdən danışıb.

 

Trend-in məlumatına görə, o bildirib ki, Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir.

 

Səfir qeyd edib: "Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir".

 

Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir:

"Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir".

 

İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN