Səfir Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirib

Səfir Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür.

 

Oxu.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib.

 

“Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, ötən il Azərbaycanda keçirilən seçkilər və may ayında Ermənistanda baş verən hadisələrdir. ABŞ prezidentinin müraciəti onunla bağlıdır ki, o, hər iki ölkədə Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarılmasına kömək edəcək yeni impuls və əhval-ruhiyyə görür. Bu, ümid müraciətidir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Tramp Ermənistanın müstəqillik günü münasibəti ilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yaxın aylarda Qarabağ nizamlanması üçün yeni imkanların açılacağını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN