Səhiyyə Nazirinin müavini: "İranda iqtisadi problemlərə görə insanlar müalicə oluna bilmirlər"

Səhiyyə Nazirinin müavini:

GünAz TV: İranın Səhiyyə Nazirinin müavini İrac Hərirçi ölkədə bütün sahələrdə nəzərə çarpan bahalaşmanın tibb sektoruna da təsir göstərdiyini deyib.

 

Onun sözlərinə görə, son aylar ərzində əhalinin maddi vəziyyətinin ağırlaşması, qiymətlərin bahalaşması və bu kimi digər hallar onların tibbi ehtiyaclarını qarşılaya bilməməsinə səbəb olub.

 

Hərirçi bunun çox böyük təhlükələrə yol aça, vaxtında tibbi müalicə ala bilmədiyindən, müəyyən xəstəliklərdən insanların ölüm hallarının çoxala biləcəyini deyib. Nazir müavini xeyriyyə qurumlarına müraciət edərək, onlardan insanların tibbi xərclərini qarşılamalarını istəyib.

 

Qeyd etmək lazımdır ki, rəsmi statistikalara əsasən, son aylar ərzində İranda dövlət tibb müəssisələrində qiymətlər azı 10%, özəl sektorda isə 13% qalxıb.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN