Səhiyyə Nazirliyi rəsmisi: "Lordiqanda əhalinin HİV-ə yoluxması məsələsi çox şişirdilir, bir müddətdən sonra isə unudulacaq"

Səhiyyə Nazirliyi rəsmisi:

GünAz TV: İran Səhiyyə Nazirliyi yanında Milli Tibb Elmləri üzrə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Haqdust Lordiqanda əhalinin iynə vasitəsilə HİV virusuna yoluxmasına münasibət bildirib.

 

O iddia edib ki, daha öncələr aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Lordiqan başda olmaqla, ölkənin bir neçə bölgəsi AİDS-in ən çox yayıldığı şəhərlərdirlər. Rəsmi digər bölgələrin adını çəkməyib.

 

Əli Əkbər Haqdust həkim özbaşınalığı nəticəsində bu qorxunc virusa yoluxan şəxslərə görə etiraz aksiyası keçirmiş Lordiqan əhalisi ilə bağlı isə qeyd edib ki, "bu kimi mövzular qısa müddət ərzində çox şişirdilir, sonra isə yaddan çıxır, ona görə də, narahat olmağa əsas yoxdur".

 

Xatırladaq ki, oktyabr ayının əvvəllərində Lordiqanın Çinar Məhəmmədi kəndinin onlarla sakininin HİV virusuna yoluxduğu barədə məlumat yayılmışdı. Sakinlər bildirirdilər ki, bir müddət əvvəl onları şəkər analizi vermək üçün mərkəzi rayon xəstəxanasına çağırıblar. Analizlər zamanı həkimlər yalnız bir iynədən istifadə ediblər.

 

Daha sonrakı günlərdə Lordiqan əhalisi günahkarların cəzalandırılmadığına görə, etiraz aksiyaları keçirmiş və şəhər İcra Hakimiyyətinin, Səhiyyə İdarəsinin inzibati binalarını, eləcə də imam cümənin ofisini yandırmışdılar.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN