Səid Qasımi: “Sepah Bosniyada Qızıl Ayparanın uniformaları ilə fəaliyyət göstərib”

Səid Qasımi: “Sepah Bosniyada Qızıl Ayparanın uniformaları ilə fəaliyyət göstərib”

GünAz TV: “Sepah”ın sabiq komandanı Səid Kəriminin internet televiziyalarından biri ilə müsahibəsi qalmaqala səbəb olub.

 

Müsahibə zamanı Bosniya müharibəsindən söhbət açan Kərimi bildirib ki, həmin vaxt “Sepah Qızıl Aypara Cəmiyyətinin uniforması ilə hərbi fəaliyyət göstərib”.

 

Sabiq komandanın sözlərinə görə, təmsil etdiyi qurumun üzvləri Bosniyada “cihadçı qruplar”a hərbi təlimlər verib.

 

Qızıl Aypara Cəmiyyətindən Qasıminin sözlərinə verilən reaksiyada bildirilir ki, “Sepahın sabiq komandanının bu addımı Cəmiyyətin icazəsi olmadan atılıb. Əgər icazə istəsəydilər belə, Qızıl Aypara buna heç vaxt razılıq verməzdi”.

 

Qurumun açıqlamasında Səid Qasıminin səsləndirdiyi fikirlərə görə məhkəməyə veriləcəyi də vurğulanır.

 

Səid Qasımi müsahibədə həmçinin bildirib ki, “Bosniyada olan Əl-Qaidə üzvləri də iranlı hərbçilərin fəaliyyət üsullarından ilham alırdı”.

 

Qeyd etmək lazımdır ki, “Sepah” üzvlərinin Bosniya müharibəsində müxtəlif formalarda fəaliyyəti ilə bağlı məlumatlar Qərb tərəfindən dəfələrlə yayılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN