Sel səbəbindən Xürrəmabad hava limanı bağlanıb

Sel səbəbindən Xürrəmabad hava limanı bağlanıb

GünAz TV: Xürrəmabad şəhərində sel sularının hava limanını basmasına görə, bütün uçuşlar ləğv edilib.

 

İran Hava Limanları və Hava Naviqasiyası şirkətinin direktor müavini Hüseyn İsfəndyari də xəbəri təsdiqləyib və bildirib ki, uçuş zolağının üzərini təqribən 30-40 santimetr hündürlüyündə sel suları basıb.

 

Son günlər güclü leysan yağışlarından sonra Xürrəmabad şəhərinin ərazisindən keçən Kərqanə çayının daşması nəticəsində şəhərin zirsaxtlarına böyük zərər dəyib. Təhlükənin ciddiliyini nəzərə alaraq, şəhər məsulları bəzi bölgələrdə yaşayan əhalini evlərini dərhal tərk etməyə çağırıb.

 

Digər tərəfdən, İran Dəmir Yolları İdarəsi məlumat yayaraq, Lorestan vilayətində baş vermiş daşqınlar, torpaq sürüşməsi və dağların ovulmasınə görə, Tehrandan ölkənin cənub istiqamətinə hərəkət edən qatarların səfərlərinin təxirə salındığını bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN