Sel Tehran əyalətinə çatdı. Təbii fəlakət qurbanlarının sayı artır - VİDEO

Sel Tehran əyalətinə çatdı. Təbii fəlakət qurbanlarının sayı artır - VİDEO

GünazTV: İranın müxtəlif bölgələrində yağan intensiv yağışlar nətəcəsində baş verən daşqın və sel Tehran əyalətinə çatıb.

 

Yayılan məlumatlara əsasən, martın 26-da Tehran əyalətinin yeni salınmış Pərənd şəhərinin giriş yollarını su basıb. Selin şəhərdə nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin sərbəst və təhlükəsiz hərəkətinə maneçilik törətdiyi bildirilir.

 

Həmçinin bildirilir ki, İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Qomişan şəhərində təbii fəlakətdən zərərçəkənlərə yardım aparan 17 nəfərin qayıqının bir körpünün dəmir sütununa çırpılaraq aşması nəticəsində 2 nəfər itkin düşmüş, 15 nəfər xilas edilib. Xəstəxanaya çatdırılan həmin şəxslərdən birinin səhhətinin ağır olduğu bildirilir. Kohkiluye və Boyer Əhməd əyalətində bir çayın daşması 15 yaşlı bir yeniyetmənin ölümünə səbəb olub.

 

Paytaxt Tehranda isə baş verə biləcək mümkün təbii fəlakətin ziyanlarının minimuma endirilməsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Tehran ostandarı Ənuşirəvan Möhsüni Bəndpey, martın 26-da böhrana nəzarət qərargahının iclasından sonra jurnalistlərə açıqlamasında paytaxt sakinlərinə öz avtomobillərini çaylara yaxın yerlərdə saxlamamağı tövsiyə edib.

 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Gülüstan (Türkmənsəhra) əyalətlərində, eləcə də Şiraz və digər şəhərlərdə baş verən daşqın və sel nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

 

Bildirilir ki, gücündən asılı olmayaraq, hazırda İranın ən azı 22 əyalətində əhali sel və daşqın təhlükəsi ilə üz-üzə qalıb.

 

VİDEO:

 

Pərənd şəhərinin girişi

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN