Senator Tom Cotton Xamneyiyə səsləndi: “Ay qoca, sən bizim hər bizimizdən daha tez öləcəksən”

Senator Tom Cotton Xamneyiyə səsləndi: “Ay qoca, sən bizim hər bizimizdən daha tez öləcəksən”

GünazTV: ABŞ Senatına Arkanzas ştatından seçilmiş senator Tom Cotton fevralın 16-da “Twitter” səhifəsində paylaşdığı statusda İranın dini lideri Əli Xamneyinin bir həftə əvvəl hərbçilərlə görüşündə Amerikaya və onun rəhbərlərinə qarşı səsləndirdiyi “Ölüm” şüarına reaksiya verib.

 

Senator Cotton Xamneyiyə səslənərək, onun başçılıq etdiyi islam respublikası rejimini “qanunsuz” və “qeyri-legitim” adlandırıb: “Ay qoca, sən bizim hər bizimizdən daha tez öləcəksən və sənin qanunsuz rejimin qeyri-legitim olduğuna görə çökəcək. Lakin, Amerika yenə də azad insanların yurdu olaraq qalacaq”.

 

Xatırladaq ki, Xamneyi fevralın 8-də hava qüvvələri komandirləri qarşısında çıxış edərək, Donald Trampın ABŞ Konqresindəki illik çıxışında İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

 

 

Amerika hökumətini şərdə, zorakılıqda, böhran yaratmaqda və militarizmə rəvac verməkdə günahlandıran Xamneyi deyib ki, islam respublikası “Amerikaya ölüm” şüarını səsləndirməyə davam edəcək: “Nə qədər ki, Amerika rejimi müdaxilə, şər və rəzalət istiqamətində hərəkət edir, “Amerikaya ölüm” şüarı güclü İran xalqının dilindən düşməyəcək. “Amerikaya ölüm” şüarı, Amerika hökmranlarına ölüm deməkdir. Daha doğrusu bu şüar, Trampa, Boltona və Pompeoya ölüm deməkdir. Bizim Amerika milləti ilə işimiz yoxdur”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN