Senator Tom Kotton: “İslam Respublikasının ticari gəmilərə hücumu, İrana hərbi cavab verilməsini legitimləşdirir”

Senator Tom Kotton: “İslam Respublikasının ticari gəmilərə hücumu, İrana hərbi cavab verilməsini legitimləşdirir”

GünazTV: ABŞ Senatının Arkanzas ştatından seçilmiş respublikaçı üzvü, senator Tom Kotton iyunun 16-da CBS telekanalına açıqlamasında İranın Oman dənizində iki neft tankerinə hücumundan və buna hərbi cavab verilməsinin qanuniliyindən danışıb.

 

Öz açıqlamasında Oman dənizində iki neft tankerinə hücumu İran-İraq müharibəsinin sonunda gedən “neft tankerlərinin savaşı” ilə müqayisə edən senator Kotton deyib ki, İranın neft tankerlərinə hücumu regionda gərginliyin artmasına səbəb olub: “İslam Respublikasının regionda ticari gəmilərə hücumu, İrana artıq hərbi cavab verilməsini legitimləşdirir. 40 ildir ki, İran bu kimi hücumları həyata keçirib.

 

Misal üçün, təxminən 30 il əvvəl körfəzdə hərəkət edən gəmilər İranın hücumlarının qarşısını almaq üçün öz bayraqlarını dəyişirdilər. Məhz buna görə də, Amerika İran-İraq savaşının sonuncu ilində bu kimi hücumların qarşısını almaq üçün körfəzdə hərbi qüvvədən istifadə etmək məcburiyyətində qaldı.

 

Bir daha təkrar edirəm ki, islam respublikasının qeyri-hərbi gəmilərə qarşı hücuma keçməsi, İran rejiminə hərbi reaksiya verilməsini legitimləşdirir” –deyə senatot Tom Kotton vurğulayıb.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiyaya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN