Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) senatorlarından ibarət qrup ölkə prezident Donald Trampı Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müraciət ABŞ-ın silahlı qüvvələr üzrə Komitəsinin mətbuat xidməti tərəfindən yayılıb.

"Biz “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks təsir” haqqında Qanunun tələb etdiyi kimi prezident Trampı sanksiyalar tətbiq etməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.

 

Senatorlar həmçinin Türkiyəyə F-35 qırıcılarının ixracı fonunda Pentaqonu Ankaranın F-35 proqramında iştirakını dayandırmağa çağırıblar.

 

Daha əvvəl Rusiyanın S-400 raketlərinin birinci hissəsinin avadanlıqları Türkiyəyə çatdırılıb. Rusiya Müdafiə Nazirliyi S-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN