Sənəndəc və Mahabadda təyyarə qurbanlarının dəfn mərasiminə qatılanlar Xamneyiyə qarşı “Ölüm” şüarları səsləndiriblər – 4 VİDEO

Sənəndəc və Mahabadda təyyarə qurbanlarının dəfn mərasiminə qatılanlar Xamneyiyə qarşı “Ölüm” şüarları səsləndiriblər – 4 VİDEO

GünazTV: Yanvarın 16-da İranın Sənəbdəc və Mahabad (Soyuq Bulaq) şəhərlərində təyyarə qurbanlarının dəfn mərasiminə qatılanlar İranın “dini lider”i axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər.

 

Dəfn mərasimi iştirakçıları və hadisə qurbanlarının ailə üzvləri “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Zülmkara ölüm olsun, fərqi yoxdur, ya şah olsun, ya da rəhbər”, “Biz, bu qədər qurbanları ona görə verməmişik ki, cındır və qatil rəhbəri pərəstiş edək”, “Qardaşımı öldürəni öldürəcəyəm”, Bəsici-“Sepah”çı, bizim İŞİD-çilərimiz sizlərsiniz” şüarlarını səsləndirərək, Əli Xamneyinin ölkəni uçuruma gətirib çıxarmasına etiraz bildiriblər.

 

Həmin mərasimlərdə “Sepah” terror təşkilatının raketlə vurub saldığı Ukraynanın sərnişin təyyarəsinin 2 qurbanının (Arvin Mürəttəb və Ayda Fərzanə) cənazələrinin qalıqları torpağa tapşırılıb.

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın atdığı 2 raketlə vurularaq yerə salınıb. Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib. Təyyarədə ölənlərin 147 nəfəri İran vətəndaşları olub. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşları olublar. Qurbanlar arasında digər ölkələrin də vətəndaşları var. Bildirilir ki, hadisədə həyatını itirənlərin 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

 

Təyyarənin vurulması, “Sepah” terror təşkilatının Qasım Süleymaninin qisasını almaq məqsədilə İraqda Amerikanın hərbi bazalarına raket hücumundan bir neçə saat sonraya təsadüf edib.

 

Qeyd edək ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib.

 

VİDEOLAR:

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN