“Sepah”a bağlı “Fars” agentliyinin redaktorlar şurasının üzvü koronavirsdan ölüb

“Sepah”a bağlı “Fars” agentliyinin redaktorlar şurasının üzvü koronavirsdan ölüb

GünazTV: “Sepah” terror təşkilatına bağlı “Fars” agentliyinin redaktorlar şurasının üzvü  Abdulla Seyid Əhmədi Zaviyə koronavirsdan ölüb.

 

İranın “Tasnim” agentliyinin yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün bir neçə gündən bu yana həkimlərin nəzarətində saxlanılan Abdulla Seyid Əhmədi Zaviyə, martın 23-də  Tehranın “Bəqiyyətullah” xəstəxanasının reanimasiya şöbəsində keçinib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 23-də mediaya açıqlamasında ölkədə “Covid-19” infeksiyasına yoluxanların yeni statistikasını yayıb.

 

 Cahanpur bildirib ki, martın 22-dən 23-nə qədər İranda daha 137 nəfər koronavirusdan ölüb: “Bununla da  bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1812 nəfərə, xəstəliyə yoluxanların sayı isə 23049 nəfərə yüksəlib” -deyə, Kiyanuş Cahanpur əlavə edib.  

 

 

 İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN