“Sepah”çılarla yaraqlı kürdlər arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, 5 nəfər yaralanıb

“Sepah”çılarla yaraqlı kürdlər arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, 5 nəfər yaralanıb

GünAzTV: İyulun 20-si axşam saatlarında İranın Şimal-Qərb bölgəsində sərhədə yaxn məntəqədə “Sepah” qüvvələri ilə yaraqlı kürdlər arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə “Sepah”ın “Həmzə Sediyüşşühəda” qərargahı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bir sıra teraktlar törətmək məqsədilə ölkə ərazisinə keçən yaraqlı kürd qruplaşması üzvləri ilə “Sepah"çılar arasında sərhəd zonasında qarşıdurma yaranıb: “Silahlı qarşıdurma nəticəsində terrorçulardan 3-ü öldürülüb, 4-ü isə yaralanıb. 1 terroçu da ələ keçirilib. Digər terrorçular sərhəddi aşaraq qaçıblar. Terrorçu dəstə üzvləri ilə atışmada həmçinin “Sepah”  mayoru Yasin Qənbəri həlak olub”.

 

 

“Sepah”ın yaydığı məlumatda hadisənin baş əyalətin adı və yaraqlı kürdlərin kimliyi konkret açıqlanmasa da, atışmanın “Sepah”la terrorçu PKK təşkilatının İran qanadı sayılan “Pjak” yaraqlıları arasında baş verdiyi təxmin edilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN