“Sepah”dan Avropaya xəbərdarlıq: “İşimizə qarışsanız, raketlərimizin qət etdiyi məsafəyə qoyduğumuz məhdudiyyəti aradan qaldıracağıq”

“Sepah”dan Avropaya xəbərdarlıq: “İşimizə qarışsanız, raketlərimizin qət etdiyi məsafəyə qoyduğumuz məhdudiyyəti aradan qaldıracağıq”

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami noyabrın 25-də dövlət televiziyasına müsahibəsində, İranın ballistik raket proqramı ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib.

 

“Sepah” rəsmisinin raket açıqlaması və Avropa ölkələrini təhdid etməsi, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Səudiyyə Ərəbistanına səfərindən və bu ölkədə İranın region ölkələrinə qarşı təhdidinə toxunmasından 9 gün sonraya təsadüf edib.

 

Noyabrın 16-da Livanın baş naziri Saad Hariri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edən Jan-İv Le Drian bu ölkənin rəsmiləri ilə görüşündə İranın regional böhranlara müdaxiləsindən, digər ölkələrin daxili işlərinə qarışmasından, Tehranın ballistik raket proqramının məntəqəni təhdid etməsindən və bu bununla bağlı nigaranlığından danışıb.

 

Hüseyn Səlami, Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, İranın apardığı ballistik raket proqramı müdafiə xarakteri daşıyır və bu proqram, ölkənin istiqlal və milli təhlükəsizliyinin qarantı, İran diplomatiyasının gücüdür: “Avropalılar bilməlidir ki, əgər bizim raket proqramımıza müdaxilə etsələr, biz raketlərimizin qət etdiyi məsafəyə qoyduğumuz məhdudiyyəti aradan qaldıracağıq. Bu məhdudiyyət, texnika imkansızlığına görə qoyulmayıb. Çünki bizim hər bir addımımızın strateji bir məntiqi var. Hazırda raketlərimiz 2000 kilometrlik məsafəni qət edə bilir. Biz bu rəqəmlə kifayətlənmiş, onu qoruyub saxlamışıq.

 

Lakin əgər Avropa bizi təhdid etməyə çalışsa, biz də raketlərimizin gücünü və qət edə bildiyi məsafəni artıracağıq. Bu günə qədər elə bilirdik ki, Avropa bizim üçün təhdid sayılmır. Məhz buna görə də raketlərimizin qət edə bildiyi məsafəni Avropaya qədər artırmadıq. Biz, raket proqramımızla bağlı heç kəslə müzakirə aparmayacağıq. Bu mövzu haqda danışıqlar aparmaq, düşmənə təslim olmaq deməkdir. Biz isə bununla razılaşmayacağıq”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN