“Sepah” ETTELAAT nazirinə aid Teleqram kanalının müdirini saxlayıb

“Sepah” ETTELAAT nazirinə aid Teleqram kanalının müdirini saxlayıb

GünAz TV: İranda dövlət təhlükəsizlik qücləri arasında müəyyən ziddiyyətlərin meydana gəldiyini göstərən xəbər yayılıb.

 

Məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümü, İranın Kəşfiyyat (ETTELAAT) nazirinə aid Teleqram kanalının müdirini saxlayıb.

 

Bu barədə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözcüsü Hüseyn Nəqəvi Hüseyni məlumat verib. “Ötən aylarda “Sepah” tərəfindən saxlanılan Teleqram kanalları müdirləri arasında ETTELAAT nazirinə aid Teleqram kanalının müdiri də olub”- deyə o elan edib.

 

Hüseyn Nəqəvi Hüseyni bildirib ki, “Bu məsələ ETTELAAT naziri Mahmud Ələvi ilə 22 millət vəkilinin keçirdiyi iclasda gündəmə gətirilib. İclasda Teleqram kanalları müdirlərinin saxlanılması ilə bağlı sual verilib.”

 

Komissiya sözcüsü ETTELAAT nazirinin milli təhlükəsizlik komissiyasındakı açıqlamalarına elə bir şəkildə işarə edib ki, tutulan Teleqram kanalının müdiri ilə bağlı nazirin və ya millət vəkillərinin sual verdiyini dəqiqləşdirmək mümkün olmayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN