“Sepah”ın baş komandanı: “Dini liderin göstərişinə görə raketlərimizin qət edə bildiyi məsafə 2 min kilometrdir”

2017-11-01 10:24

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri, oktyabrın 31-də jurnalistlərə açıqlamasında ölkə raketlərinin gücündən və onların qət edə bildiyi maksimum məsafədən danışıb.

 

Cəfəri deyib ki, İranın dini lideri Əli Xamneyinin göstərişinə əsasən, hazırda ölkədə istehsal edilən raketlərin qət edə bildiyi məsafə 2 min kilometr təyin edilib: “ Qərara almışıq ki, raketlrimiz ən azı 2 min kilometrlik məsafəni qət edə bilsin. Hesab edirik ki, raketlərimizin bu qədər məsafəni qət edə bilməsi, hələlik  bizim üçün kifayətdir. Çünki amerikalılar ölkəmizdən 2 min kilometr aralıdadır və biz hücuma məruz qaldığımız hər bir zaman onlara layiqli cavab verə biləcəyik”.

 

Xatırladaq ki, “Sepah”ın baş komandanı oktyabrın 8-də Tehranda keçirilən “Sepah” strategiyası şurası”nın iclasında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

Vaşinqtonun “Sepah”ı terrorçu qruplar siyahısına salmaq ehtimalına və ona qarşı tətbiq edəcəyi mümkün sanksiyalara toxunan Cəfəri Amerikanı təhdid etmişdi: “Əgər Amerika hökumətinin “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın istənilən yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq.

 

Əvvəllər də elan etdiyimiz kimi, bir daha xəbərdarlıq edib bildiririk ki, əgər Amerikanın İrana qarşı sanksiyalar qanunu icra olunsa, o zaman Vaşinqton özünün regional hərbi bazalarını İran raketlərinin qət etdiyi 2 min kilometrliyinə qədər geri çəkməlidir”.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23