“Sepah”ın baş komandanı: “Girov götürülmüş sərhədçilərimizdən 5-i azadlığa buraxılıb”

“Sepah”ın baş komandanı: “Girov götürülmüş sərhədçilərimizdən 5-i azadlığa buraxılıb”

GünAzTV: Bir ay əvvəl İranın Sistan-Bəlucistan əyalətinin Mircavə məntəqəsində “Ceyş ül Ədl” yaraqlıları tərəfindən girov götürülmüş 12 İran hərbçisdindən 5-i azadlığa buraxılıb.

 

Bu barədə “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri noyabrın 15-də jurnalistlərə qaçıqlama verib.

 

Cəfəri bildirib ki, rəsmi İslamabadın vasitəçiliyi və yardımı ilə azadlığa buraxılan 5 hərbçi hazırda Pakistan hökumətinin ixtiyarındadırlar: “Məndə olan məlumatlara görə girovlardan 5-i sərbəst buraxılıb. Pakistan hökuməti həmin şəxsləri İrana təhvil verəcək.

 

Sərhədçilərimizi girov götürülmüş terrorçu qüvvələr, ölkəmizdə həbsdə saxlanılan bəzi üzvlərinin azadlığa buraxılmasını tələb edirlər. Onların, girovların hamısını buraxmalarının səbəbi də budur. Lakin həm İran İslam Respublikası, həm də Pakistan hökuməti onların bu tələbini rədd edərək, digər girovların da azadlığa buraxılması istiqamətində birgə fəaliyyət aparırlar”.

 

Xatırladaq ki, oktyabrın 16-sı sübh saat 04:00 radələrində İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində, müxalif yaraqlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüblər. Girov götürülən hərbçilərdən 5-i İran hüquq-mühafizə qüvvələrinin əməkdaşları, 7-si isə “Sepah” muzdlularıdır.

 

 "Ceyş ül Ədl"in girov götürdüyü İran hərbçiləri

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

 

 Qeyd edək ki, “Ceyş ül- Ədl” Təşkilatı, bundan əvvəl yaydığı bir bəyanatda Beynəlxalq Qızıl Xaç və Aypara cəmiyyətlərinə müraciət edərək, bir sıra tələblərinin yerinə yetirilməsi qarşılığında girov götürdüyü hərbçilərin dəyişdirilməsi üçün onunla İran rejimi arasında vasitəçilik etmələrini rbçilərixahiş etmişdi.

 

 "Ceyş ül Ədl" (Ədalət ordusu) yaraqlıları 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN